- İngiltərə P.L.
- 01:38 16.10.2026
“Mançester Yunayted”in müdafiəçisi Lisandro Martinezin transfer siyasətini tənqid etdiyinə görə ictimai şəkildə üzr istəməsindən sonra məsələ həllini tapıb.
90deqiqe.Az-ın məlumatına görə, klubun daxili intizam araşdırması da başa çatıb.Bu barədə “The Athletic” nəşri məlumat yayıb.
Məlumata görə, argentinalı futbolçu İngiltərə çempionatının VII turunda oktyabrın 18-də, bazar günü keçiriləcək “Lids Yunayted”lə matçda iştirak edə biləcək.
Qeyd edək ki, Martinez Madrid “Atletiko”suna 0:2 hesabı ilə məğlub olduqları Çempionlar Liqasının əsas mərhələsinin II tur oyunundan sonra transfer siyasətini tənqid etmişdi. Daha əvvəl “The Athletic” nəşri futbolçunun bu açıqlamalarına görə cərimələnə biləcəyini yazmışdı.