16 oktyabr 2026. Cümə

Arteta “Arsenal”ın 60 əməkdaşını ixtisar etmək planına münasibət bildirib


Arteta “Arsenal”ın 60 əməkdaşını ixtisar etmək planına münasibət bildirib

“Arsenal”ın baş məşqçisi Mikel Arteta klubun təxminən 60 əməkdaşını ixtisar etmək planı ilə bağlı açıqlama verib.

90deqiqe.Az-ın məlumatına görə, ispaniyalı mütəxəssis bu məsələnin onun səlahiyyətlərinə aid olmadığını bildirib.

“Bu sual mənə ünvanlanmamalıdır. Klubda aparılan təhlil və bütün bunların gələcək inkişaf məqsədi daşıdığı barədə mənə məlumat verilib. Daha yaxşı olmaq üçün müəyyən qərarlar qəbul etmək, uyğun insanları müvafiq vəzifələrə təyin etmək və hədəflərimizə, uğurlarımıza çatmaq üçün investisiyaları davam etdirmək lazımdır.

Mənə bütün bunlar izah olunub, lakin bu suala cavab verməli olan şəxs mən deyiləm. Ümid edirəm ki, hamı bunu başa düşür”, – deyə Artetanın sözlərini BBC sitat gətirib.

Qeyd edək ki, İngiltərə Premyer Liqasında altı turdan sonra 15 xal toplayan “Arsenal” turnir cədvəlinin ikinci pilləsində qərarlaşıb. London təmsilçisi lider “Mançester Siti”dən üç xal geri qalır.







İngiltərə P.L.