17 oktyabr 2026. Şənbə

“Heç-heçə ilə kifayətlənmək istəmirik”


“Heç-heçə ilə kifayətlənmək istəmirik”

“Everton”un yarımmüdafiəçisi Cek Qriliş komandanın İngiltərə Premyer Liqasının cari mövsümündə məğlubiyyətsiz çıxışını dəyərləndirib.

90deqiqe.Az-ın məlumatına görə, "TNT Sports" ingiltərəli futbolçunun sözlərini belə çatdırıb.

“Ötən həftə “Hall Siti” ilə oyunda qalib gələ bilərdik. Bununla belə, mövsümə yaxşı başlamışıq və məğlub olmuruq. Heç-heçələri qələbələrə çevirmək istəyirik və bunun üzərində işləyirik”

Qeyd edək ki, Devid Moyesin rəhbərlik etdiyi “Everton” Premyer Liqanın turnir cədvəlində beşinci pillədə qərarlaşıb. Komanda çempionatın yeddinci turunda Londonun “Çelsi” klubu ilə qarşılaşır.







İngiltərə P.L.