- İngiltərə P.L.
- 16:32 17.10.2026
“Everton”un yarımmüdafiəçisi Cek Qriliş İngiltərə Premyer Liqasının VII turunda “Çelsi” ilə qarşılaşma öncəsi London klubunun hücum potensialını dəyərləndirib.
90deqiqe.Az-ın məlumatına görə, "TNT Sports" ingiltərəli futbolçunun sözlərini belə çatdırıb.
“Xüsusilə Morqan Rocers, Koul Palmer və Joao Pedronun yer aldığı hücum üçlüyünə qarşı oynamaq çətin olacaq. Öz oyunumuz üzərində cəmləşməli və topla nə edəcəyimizi düşünməliyik”
Qeyd edək ki, “Everton” – “Çelsi” matçı bu gün, oktyabrın 17-də keçiriləcək. Qarşılaşma Bakı vaxtı ilə saat 15:30-da başlayacaq.
Premyer Liqanın turnir cədvəlində “Everton” 5-ci, “Çelsi” isə 6-cı pillədə qərarlaşıb.