- İngiltərə P.L.
- 16:32 17.10.2026
“Mançester Siti”nin baş məşqçisi Enzo Mareska Çempionlar Liqasının ikinci turunda PSJ-yə qarşı keçirilən matçda start heyətini düzgün müəyyənləşdirmədiyini bildirib.
90deqiqe.Az-ın məlumatına görə, mütəxəssis bu barədə jurnalistlərə açıqlamasında bildirib.
“Şerki, Enzo və Elliotun yarımmüdafiənin mərkəzində yer aldığı start heyətini seçməklə səhv etdim. Belə oyunlarda meydanın mərkəzində güclü olmaq lazımdır. Gələcəkdə Buaddu, Enzo və Elliotdan ibarət seçim həll yolu ola bilər"
Qeyd edək ki, görüş Paris təmsilçisinin meydanında 4:2 hesablı qələbəsi ilə başa çatıb.
“Mançester Siti”nin baş məşqçisi PSJ ilə matçın fasiləsində Rayan Şerkini Ayub Buaddu ilə əvəzləmişdi. İkinci hissədə İngiltərə klubu iki qol vursa da, məğlubiyyətdən qaça bilməyib.