18 oktyabr 2026. Bazar günü

“Mançester Siti” “İpsviç Taun” üzərində çətin qələbə qazandı


“Mançester Siti” “İpsviç Taun” üzərində çətin qələbə qazandı

İngiltərə Premyer Liqasının VII turunda “Mançester Siti” doğma meydanda “İpsviç Taun”u 3:2 hesabı ilə məğlub edib.

90deqiqe.Az-ın məlumatına görə, “Etihad” stadionunda keçirilən qarşılaşmanın baş hakimi Farram Hallam olub.

Matçın 19-cu dəqiqəsində Fil Foden hesabı açaraq meydan sahiblərini önə keçirib. Cəmi iki dəqiqə sonra Dayzen Maeda tarazlığı bərpa edib.

Erling Haaland 34-cü dəqiqədə “Mançester Siti”ni yenidən hesabda önə çıxarıb. Norveçli hücumçu 69-cu dəqiqədə ikinci qolunu vuraraq dubl edib. Haaland 85-ci dəqiqədə het-trik edə bilsə də, VAR yoxlamasından sonra qolu qeydə alınmayıb. Görüşün 90-cı dəqiqəsində isə Zian Fleminq penalti zərbəsini dəqiq yerinə yetirib.

Bu qələbədən sonra 21 xalı olan “Mançester Siti” Premyer Liqanın turnir cədvəlinə başçılıq edir. Doqquz xalı olan “İpsviç Taun” isə 10-cu pillədə qərarlaşıb.







İngiltərə P.L.