18 oktyabr 2026. Bazar günü

Emiliano Martines əməliyyat olunacaq


Emiliano Martines əməliyyat olunacaq

“Çelsi”nin qapıçısı Emiliano Martines İngiltərə Premyer Liqasının “Everton”la oyununda başından aldığı zədə səbəbindən ikinci hissədə məcburi əvəzlənib.

90deqiqe.Az-ın məlumatına görə, argentinalı qolkiper rəqiblə baş-başa toqquşmadan sonra ciddi xəsarət alıb.

Oyunçu hazırda xəstəxanada huşu açıq vəziyyətdədir. Onun başının kompüter tomoqrafiyası, eləcə də bel və boyun müayinələrinin nəticələri müsbət olub. Bununla belə, qapıçının çənəsində zədə aşkarlanıb və o, əməliyyat olunacağı gözlənilir.

Qeyd edək ki, “Çelsi” səfərdə “Everton”a 2:0 hesabı ilə qalib gəlib. Xabi Alonsonun komandası hazırda İngiltərə Premyer Liqasının turnir cədvəlində dördüncü pillədə qərarlaşıb.







İngiltərə P.L.

Emiliano Martines əməliyyat olunacaq
  • İngiltərə P.L.
  • 01:05 18.10.2026
Emiliano Martines əməliyyat olunacaq