18 oktyabr 2026. Bazar günü

Emiliano Martines çənə əməliyyatı keçirib


Emiliano Martines çənə əməliyyatı keçirib

“Çelsi” klubu qapıçısı Emiliano Martinesin səhhəti ilə bağlı rəsmi məlumat yayıb.

  90deqiqe.Az klubun rəsmi saytına istinadla xəbər verir ki, təcrübəli qolkiper çənə sümüyünün sınığı səbəbindən əməliyyat olunub. Cərrahi müdaxilə uğurla başa çatıb.

Qapıçı şənbə günü “Hill Dikinson” stadionunda keçirilən görüşün ikinci hissəsinin ortalarında “Everton”un müdafiəçisi Cerrad Brentueytlə toqquşaraq xəsarət alıb. O, daha ətraflı müayinə üçün xəstəxanaya aparılıb və müayinələr çənə sümüyünün sınığını təsdiqləyib.

“Çelsi” klubunda hər kəs Emiliano Martinesə tezliklə sağalmağı arzulayır və bərpa prosesi boyunca ona dəstək olacağını bildirir.

Qeyd edək ki, argentinalı qolkiper İngiltərə Premyer Liqasının VII turunda “Everton”la (2:0) matçda zədələnərək meydanı xərəkdə tərk edib.







İngiltərə P.L.

“Bornmut” “Sanderlend”i məğlub etdi
  • İngiltərə P.L.
  • 20:25 18.10.2026
“Bornmut” “Sanderlend”i məğlub etdi
Emiliano Martines çənə əməliyyatı keçirib
  • İngiltərə P.L.
  • 20:15 18.10.2026
Emiliano Martines çənə əməliyyatı keçirib
Emiliano Martines əməliyyat olunacaq
  • İngiltərə P.L.
  • 01:05 18.10.2026
Emiliano Martines əməliyyat olunacaq