18 oktyabr 2026. Bazar günü

“Son saniyəyədək mübarizə aparmalı olduq”


“Son saniyəyədək mübarizə aparmalı olduq”

“Arsenal”ın baş məşqçisi Mikel Arteta İngiltərə Premyer Liqasının VII turunda “Nottingem Forest” üzərində qazanılan 1:0 hesablı qələbəni şərh edib.

90deqiqe.Az-ın “BBC"ə istinadən məlumatına görə, mütəxəssis komandasının sonadək mübarizə apardığını və əvəzetmələrin oyunun gedişinə ciddi təsir göstərdiyini bildirib.

“Ötən dəfə qələbə qazana bilmədik, amma bu gün istəyimizə çatdıq. Son saniyəyədək mübarizə aparmalı olduq. Rəqib yaxşı hazırlıqlı komandadır və onun müdafiəsini yarmaq çətindir. Təhlükəli rəqibə qarşı oynadığımız üçün risk etməli idik. Emosional gərginliyin öhdəsindən gəlməliydik. Diqqətimizi qoruduq, əvəzetmədən meydana çıxan futbolçular isə oyunun gedişinə böyük təsir göstərdilər”, – deyə Arteta bildirib.

Qeyd edək ki, “Arsenal” 18 xalla turnir cədvəlinin ikinci pilləsində qərarlaşıb. London klubu lider “Mançester Siti”dən üç xal geri qalır.







İngiltərə P.L.

“Bu nəticəyə layiq deyildik”
  • İngiltərə P.L.
  • 23:12 18.10.2026
“Bu nəticəyə layiq deyildik”
“Bornmut” “Sanderlend”i məğlub etdi
  • İngiltərə P.L.
  • 20:25 18.10.2026
“Bornmut” “Sanderlend”i məğlub etdi
Emiliano Martines çənə əməliyyatı keçirib
  • İngiltərə P.L.
  • 20:15 18.10.2026
Emiliano Martines çənə əməliyyatı keçirib