- İngiltərə P.L.
- 23:37 18.10.2026
“Arsenal”ın baş məşqçisi Mikel Arteta İngiltərə Premyer Liqasının VII turunda “Nottingem Forest” üzərində qazanılan 1:0 hesablı qələbədən sonra əvəzetmələrin əhəmiyyətini qeyd edib.
90deqiqe.Az-ın “BBC"ə istinadən məlumatına görə, mütəxəssis meydana sonradan daxil olan futbolçuların oyunun taleyinə təsir göstərdiyini bildirib.
“Noni Madueke, Yurien Timber və Mikel Merino oyuna çox yaxşı qoşuldular, Viktor Dyökeres isə qarşılaşmanın gedişini həqiqətən dəyişdi. Onların hamısı öz töhfəsini verdi və bizə məhz bu lazımdır. Təbii ki, Noni xüsusilə fərqlənir, çünki matçın taleyini həll edən qolu o vurdu”, – deyə Arteta bildirib.
Baş məşqçi rəqib müdafiəsini yarmağın çətinliyindən də danışıb:
“Belə komandalarla oynayanda bəzən səbirsizlənə bilərsən. İlk hissədə qapıya çərçivəyə düşən zərbəmiz olmadı və fasilədə bunu müzakirə etdik. İkinci hissədə daha iki yaxşı imkanımız yarandı. Qapı çərçivəsinə düşən yeganə zərbəmiz isə cüzi toxunuşdan sonra qolla nəticələndi.
Qoldan sonra komandamız çox çətin və gərgin vəziyyətdə müdafiə olunmaq əzmi nümayiş etdirdi və buna əla reaksiya verdi”.
Qeyd edək ki, turnir cədvəlində ikinci pillədə qərarlaşan “Arsenal” növbəti Premyer Liqa matçını oktyabrın 24-də “Everton”a qarşı keçirəcək. Bundan üç gün əvvəl isə London təmsilçisi Çempionlar Liqasında səfərdə “Bavariya” ilə qarşılaşacaq.