- İngiltərə P.L.
- 23:37 18.10.2026
“Mançester Yunayted”in baş məşqçisi Maykl Karrik İngiltərə Premyer Liqasının VII turunda “Lids”lə 1:1 hesablı heç-heçə etdikləri oyunda müdafiəçi Lisandro Martinesin əvəzlənməsinə aydınlıq gətirib.
90deqiqe.Az-ın məlumatına görə, “BBC" çalışdırıcının dediklərini belə çatdırıb.
“Martines toqquşmadan sonra meydandan çıxdı. Ümid edirik ki, ciddi bir şey baş verməyib. Futbolda ayrı-ayrı epizodlar hər şeyi həll edir, qollar isə matçların gedişini dəyişir. İlk hissədə taktiki baxımdan yaxşı oynadıq, fasilədən sonra isə standart vəziyyətdən qol buraxdıq. “Hall”la ilk oyunumuzda da, bu gün də belə halın yaşanması məyusedicidir”
Baş məşqçi rəqibin dəfələrlə müdafiəni yarıb çoxsaylı qol imkanları yaratmadığını bildirib. O, komandasının təzyiqə tab gətirərək yaxşı komanda ruhu nümayiş etdirdiyini vurğulayıb.
“Bu mövsüm belə oyun göstərmək bizə çox nadir hallarda nəsib olub”, – deyə Karrik əlavə edib.
Qeyd edək ki, argentinalı futbolçu ilk hissədən sonra meydanı tərk edib.“Mançester Yunayted” 7 xalla turnir cədvəlinin 13-cü pilləsində qərarlaşıb.