- İngiltərə P.L.
- 01:03 19.10.2026
“Mançester Yunayted”in baş məşqçisi Maykl Karrik yarımmüdafiəçilər Karlos Baleba və Andre Santosun oyunundan razı qaldığını bildirib.
90deqiqe.Az-ın məlumatına görə, “Centredevils" çalışdırıcının dediklərini belə çatdırıb.
“Yarımmüdafiədə Baleba və Santosun tandemini görürsünüz. Bu, bizim üçün nisbətən yeni variantdır. Onlar gəncdirlər və hələ komandaya uyğunlaşırlar. Düşünürəm ki, bu gün hər ikisi əla çıxış etdi. Çempionlar Liqasındakı əvvəlki oyunda da yaxşı təsir bağışlamışdılar. Bu, bizim üçün sevindiricidir”
Qeyd edək ki, kamerunlu və braziliyalı futbolçular bazar günü “Lids”lə 1:1 hesablı heç-heçə etdikləri matçda “qırmızı şeytanlar”ın əsas heyətində meydana çıxıblar.
“Mançester Yunayted” oktyabrın 21-də Çempionlar Liqasının əsas mərhələsinin III turu çərçivəsində səfərdə “Komo” ilə qarşılaşacaq.