- İngiltərə P.L.
- 23:16 19.10.2026
“Mançester Siti”nin mərkəz müdafiəçisi Mark Gexi komandanın son oyunlarda müdafiə xəttindəki çıxışını dəyərləndirib.
90deqiqe.Az-ın məlumatına görə, 26 yaşlı futbolçu bu barədə klubun mətbuat xidmətinə açıqlamasında bildirib.
“Buraxdığımız qolların narahatlıq doğurduğunu deməzdim. Nəzərə almalı olduğumuz çox məqam var. Yeni baş məşqçimiz var və onun istədiyi oyun sisteminə uyğunlaşırıq. Ümid edirəm ki, zaman keçdikcə bu sistemə öyrəşəcək və daha yaxşı oynayacağıq”
Qeyd edək ki, “şəhərlilər” PSJ və “İpsviç”lə son iki matçda ümumilikdə altı qol buraxıblar.
Enzo Mareskanın rəhbərlik etdiyi komanda İngiltərə Premyer Liqasının ilk yeddi turunun hamısında qələbə qazanaraq turnir cədvəlinə inamla başçılıq edir.