21 oktyabr 2026. Çərşənbə

“Mançester Yunayted” Lisandro Martineslə yollarını ayırmaq istəyir


“Mançester Yunayted” Lisandro Martineslə yollarını ayırmaq istəyir

“Mançester Yunayted” müdafiə xəttində yenidənqurma çərçivəsində mövsümün sonunda Lisandro Martineslə yollarını ayırmağı planlaşdırır.

90deqiqe.Az-ın məlumatına görə, bu barədə “Daily Mail” məlumat yayıb.

Oktyabrın əvvəlində argentinalı müdafiəçi Çempionlar Liqasında “Atletiko”ya məğlubiyyətdən sonra klub rəhbərliyini, o cümlədən futbol direktoru Ceyson Uilkoksu tənqid edib. Daha sonra Martines buna görə üzr istəyib və “Lids”lə matçda komandanın start heyətində meydana çıxıb.

Futbolçunun klubla müqaviləsinin müddəti gələn yay başa çatır. Bununla belə, “Mançester Yunayted” transferdən gəlir əldə etmək məqsədilə müqaviləni daha bir il uzada bilər.

Məlumata görə, Martinesin mümkün əvəzedicisi “Everton”un müdafiəçisi Cerrad Brantueyt ola bilər. İngiltərə klubu yaxın vaxtlarda 57 milyon avroluq təklifə baxmayaraq, futbolçunun başqa komandaya keçidinə icazə verməyib.







İngiltərə P.L.

Karrik Baleba və Santos barədə danışdı
  • İngiltərə P.L.
  • 01:03 19.10.2026
Karrik Baleba və Santos barədə danışdı
 “Çox iddialıyıq”
  • İngiltərə P.L.
  • 00:51 19.10.2026
“Çox iddialıyıq”
“Bu nəticəyə layiq deyildik”
  • İngiltərə P.L.
  • 23:12 18.10.2026
“Bu nəticəyə layiq deyildik”