- İngiltərə P.L.
- 23:39 20.10.2026
“Mançester Yunayted”in sabiq futbolçusu Eşli Yanq Antonio Kontenin komandanın baş məşqçisi təyin olunmasının fəlakətlə nəticələnə biləcəyini düşünür.
90deqiqe.Az-ın məlumatına görə, 41 yaşlı sabiq futbolçu “Overlap Daily” proqramında bildirib.
“Mançester Yunayted”in meydanda qət etdiyi məsafə və qaçış göstəriciləri barədə çox danışılır. Futbolçular kifayət qədər qaçmayacaqlarsa və komandanın başına Antonio Konte keçəcəksə, məncə, bu, fəlakət olacaq”
O, italiyalı mütəxəssisin məşq metodlarından da danışıb:
“Düşünürəm ki, karyeramı bu qədər uzun müddət davam etdirə bilməyimdə qaçışın böyük rolu olub. Bu, inanılmaz dərəcədə çətin idi. Məşqlərdə tez-tez 11-ə 11 formatında ikitərəfli oyunlar keçirilirdi və bəzən bunlar darıxdırıcı olurdu. Matçların təhlili isə üç-dörd saat çəkə bilirdi”.
Qeyd edək ki, Yanq vaxtilə “İnter”də Kontenin rəhbərliyi altında çıxış edib. Həmin vaxt Milan təmsilçisi 2020/2021 mövsümündə İtaliya çempionu olub.
Antonio Konte ötən mövsümün sonunda “Napoli”dən ayrıldıqdan sonra işsizdir. O, Neapol klubunda keçirdiyi iki il ərzində İtaliya çempionluğunu və ölkə Superkubokunu qazanıb. Bundan əvvəl isə “Çelsi”, “Yuventus” və “İnter”lə də çempionluq sevinci yaşayıb.