- İngiltərə P.L.
- 23:39 20.10.2026
İngiltərənin sabiq futbolçusu Qrem Suness “Arsenal” klubunun cinah hücumçusu Bukayo Sakanı sərt tənqid edərək onu dələduz adlandırıb.
90deqiqe.Az xəbər verir ki, bu barədə “Daily Mail” nəşri ekspertin açıqlamasına istinadən məlumat yayıb.
“Saka daim özünü yerə atır. Onun haqqında danışmaq belə istəmirəm. Topa nəzarəti itirdiyini hiss edən kimi yıxılır. O, qayda pozuntusu simulyasiya edir. Mənim fikrimcə, qayda pozuntusunu simulyasiya edən hər kəs dələduzdur”, – deyə Suness bildirib.
Qeyd edək ki, cari mövsümdə “Arsenal”ın vingeri bütün turnirlərdə 10 oyunda iştirak edib. O, bu matçlarda dörd qol vurub və bir məhsuldar ötürmə ilə yadda qalıb.
Xatırladaq ki, oktyabrın 21-də Mikel Artetanın rəhbərlik etdiyi “Arsenal” UEFA Çempionlar Liqası çərçivəsində səfərdə Münhen “Bavariya”sı ilə qarşılaşacaq.