- İngiltərə P.L.
- 23:11 21.10.2026
“Çelsi”nin sabiq müdafiəçisi Trevo Çaloba London klubunda əfsanəyə çevrilmək arzusunda olduğunu bildirib.
90deqiqe.Az-ın məlumatına görə, "ESPN" futbolçunun fikirlərini belə çatdırıb.
“Ötən mövsüm komandamız istədiyimiz nəticələri əldə edə bilmədi. Buna baxmayaraq, düşünürəm ki, şəxsi baxımdan ən yaxşı mövsümlərimdən birini keçirdim. Karyeramda heç vaxt olmadığı qədər çox oyun keçirdim və bir neçə qol vurdum”
Müdafiəçi “Çelsi”də keçirdiyi illərin onun üçün xüsusi əhəmiyyət daşıdığını vurğulayıb.
“Səkkiz yaşımdan bu klubdaydım və burada əfsanəyə çevrilmək istəyirdim. Amma bəzən hər şey planlaşdırdığımız kimi getmir. Futbolçu daim dəyişikliklərə uyğunlaşmağa hazır olmalıdır. Bir anda burada ola, növbəti anda isə başqa yerdə çıxış edə bilərsən. Sadəcə, bunun mənim üçün ən yaxşı seçim olduğunu düşündüm.
“Çelsi” mənim üçün hər şey deməkdir. Hələ də komandanın oyunlarını izləyir, futbolçular və klub əməkdaşları ilə əlaqə saxlayıram”, – deyə o əlavə edib.
Qeyd edək ki, futbolçu yayda uşaqlıq illərindən çıxış etdiyi “Çelsi”dən ayrılaraq 30 milyon funt-sterlinq qarşılığında “Komo”ya keçib. Trevo Çaloba “Çelsi”nin heyətində 150-dən çox oyunda meydana çıxıb. O, London klubu ilə İngiltərə Kubokunu və UEFA Konfrans Liqasını qazanıb.