- İngiltərə P.L.
- 23:11 21.10.2026
“Arsenal”ın qapıçısı David Raya gələcəkdə İspaniya çempionatında çıxış etmək istəyib-istəmədiyi ilə bağlı sualı cavablandırıb.
90deqiqe.Az-ın məlumatına görə, ispaniyalı qolkiper “Marca” nəşrinə müsahibəsində hazırda London klubunda xoşbəxt olduğunu, lakin gələcəkdə La Liqada oynamağı arzuladığını bildirib.
“La Liqada özümü sınamaqdan məmnun olardım. Hazırda “Arsenal”da çox xoşbəxtəm, amma bir gün rəqabətin yüksək olduğu İspaniya çempionatında oynamağı arzulayıram. Mən ispaniyalıyam və İspaniyada çıxış etmək istərdim”, – deyə Raya qeyd edib.
Müsahibə zamanı jurnalist zarafatla ağ rəngli formanın qapıçıya çox yaraşdığını deyib. Bununla o, Madrid “Real”ına mümkün keçidə işarə edib. Raya isə bu sözlərə gülərək reaksiya verib.
Qeyd edək ki, daha əvvəl mətbuatda David Rayanın “Real”ın qapıçı mövqeyini gücləndirmək üçün nəzərdən keçirdiyi namizədlərdən biri olduğu barədə məlumat yayılıb.