22 oktyabr 2026. Cümə axşamı

“Foden birlikdə oynadığım ən texnikalı futbolçudur”


“Foden birlikdə oynadığım ən texnikalı futbolçudur”

“Mançester Siti”nin sabiq kapitanı Kayl Uoker Fil Fodeni karyerası ərzində birlikdə oynadığı ən texnikalı futbolçu adlandırıb.

 90deqiqe.Az-ın məlumatına görə, Uoker bu barədə “talkSPORT”a açıqlamasında danışıb.

“Texniki bacarıqlara gəldikdə, Foden, şübhəsiz ki, indiyədək gördüyüm futbolçular arasında ən yaxşısıdır”, – deyə sabiq müdafiəçi bildirib.

O, Fodenin topla davranışını da yüksək qiymətləndirib:

“Fodenin topla etdikləri sadəcə inanılmazdır. Əgər o, “Mançester Siti”də bacardığı səviyyədə oynasa, İngiltərə millisinə çağırılacağı açıq-aydındır”, – deyə Uoker əlavə edib.

Qeyd edək ki, Fil Foden cari mövsümdə keçirdiyi səkkiz oyunda dörd qol vurub və üç məhsuldar ötürmə edib. Onun “Mançester Siti” ilə müqaviləsi 2030-cu ilə qədər qüvvədədir.







İngiltərə P.L.