- İngiltərə P.L.
- 21:09 22.10.2026
İngiltərənin “Mançester Yunayted” klubu baş məşqçi axtarışına başlayıb.
90deqiqe.Az-ın “BBC"ə istinadən məlumatına görə, komandanın uğursuz nəticələri səbəbindən Maykl Kerrikin yaxın vaxtlarda vəzifəsindən ayrılması mümkündür.
Üç mütəxəssis “Mançester Yunayted”ə rəhbərlik etməyə maraq göstərir. Namizədlər arasında Eddi Hau, Antonio Konte və Yulian Naqelsmannın adları var.
Hazırda bu üç məşqçinin heç biri klub çalışdırmır və yeni təklifləri nəzərdən keçirmək imkanına malikdir.
Qeyd edək ki, “Mançester Yunayted” İngiltərə Premyer Liqasının turnir cədvəlində 13-cü pillədə qərarlaşıb. Maykl Kerrikin komandası növbəti oyununu oktyabrın 25-də doğma meydanda “Bornmut”a qarşı keçirəcək.