24 oktyabr 2026. Şənbə

“Mançester Siti” sabiq kapitanının səhhəti ilə bağlı paylaşım etdi


“Mançester Siti” sabiq kapitanının səhhəti ilə bağlı paylaşım etdi

“Mançester Siti”nin rəhbərliyi Münhendə xəstəxanaya yerləşdirilən “Bavariya”nın baş məşqçisi Vensan Kompaninin tezliklə sağalmasını arzulayıb.

90deqiqe.Az xəbər verir ki, İngiltərə klubu sosial şəbəkələrdə paylaşım edərək komandanın sabiq kapitanına dəstəyini ifadə edib.

“Mançester Siti”nin paylaşımında bildirilib: “Klubumuzun bütün üzvləri sabiq kapitanımız və əfsanəmiz Vensan Kompaninin tezliklə sağalmasını arzulayırlar. Tezliklə sağal, Vinni!”

Cümə günü məlum olub ki, Kompani “Bavariya”nın əvəzedici komandasının məşqi zamanı huşunu itirdikdən sonra xəstəxanaya aparılıb. Münhen klubu baş məşqçinin müayinədən keçəcəyini və həkimlərin nəzarəti altında qalacağını açıqlayıb.

Qeyd edək ki, “Bavariya” oktyabrın 25-də Bundesliqanın VII turunda “Frayburq”la qarşılaşacaq. Kompaninin rəhbərlik etdiyi Münhen təmsilçisi 14 xalla Almaniya çempionatının turnir cədvəlinə başçılıq edir.







İngiltərə P.L.

“O, komandamızın liderlərindəndir”
  • İngiltərə P.L.
  • 23:34 23.10.2026
“O, komandamızın liderlərindəndir”