- İngiltərə P.L.
- 01:50 24.10.2026
İngiltərə Premyer Liqasının VIII turunda “İpsviç Taun” və “Nottingem Forest” komandaları üz-üzə gəlib.
90deqiqe.Az-ın məlumatına görə, qarşılaşma 1:1 hesabı ilə başa çatıb.
Qonaqlar matça daha fəal başlayıblar və 13-cü dəqiqədə Neko Uilyamsın qolu ilə hesabı açıblar. Bu qoldan sonra “Nottingem Forest” meydanda daha inamlı çıxış etsə də, meydan sahibləri tədricən oyuna nəzarəti ələ alaraq rəqib qapısı qarşısında təhlükəli vəziyyətlər yaratmağa başlayıblar.
“İpsviç Taun”un cavab qolu fasiləyə az qalmış vurulub. 41-ci dəqiqədə Xulio Ensiso fərqlənərək hesabı bərabərləşdirib. Beləliklə, komandalar fasiləyə 1:1 hesabı ilə yollanıblar.
İkinci hissədə hər iki komanda qələbə qolunu vurmağa çalışsa da, tərəflərdən heç biri istəyinə çatmayıb. Görüş heç-heçə ilə yekunlaşıb.