24 oktyabr 2026. Şənbə

Xabi Alonso İspaniya millisinin dünya çempionatındakı uğurunun səbəbini açıqlayıb


Xabi Alonso İspaniya millisinin dünya çempionatındakı uğurunun səbəbini açıqlayıb

İspaniyanın sabiq futbolçusu, hazırda “Çelsi” klubunun baş məşqçisi olan Xabi Alonso milli komandanın 2026-cı il dünya çempionatında qələbə qazanmasının səbəblərini izah edib.

90deqiqe.Az xəbər verir ki, mütəxəssis bu uğurda baş məşqçi Luis de la Fuentenin gənc futbolçularla uzunmüddətli işinin mühüm rol oynadığını bildirib.

“Luis de la Fuente uzun müddət gənclərdən ibarət milli komandalarda çalışıb və bu futbolçuları çox yaxşı tanıyır. Onlar uzun illərdir birlikdə oynayırlar. Hələ 17-18 yaşlarında eyni komandada çıxış edir, birlikdə yüksək səviyyəli futbolçulara çevrilirdilər”, – deyə Alonso “Sky Sports”a açıqlamasında bildirib.

Alonso İspaniyada klublar səviyyəsində də gənc futbolçularla işin yaxşı təşkil olunduğunu vurğulayıb.

Luis de la Fuentenin rəhbərliyi altında İspaniya millisi 2024-cü ildə Avropa çempionatının, eləcə də Şimali Amerikada keçirilən 2026-cı il dünya çempionatının qalibi olub. İspanlar 2023-cü ildə UEFA Millətlər Liqasını da qazanıblar.







İngiltərə P.L.

“O, komandamızın liderlərindəndir”
  • İngiltərə P.L.
  • 23:34 23.10.2026
“O, komandamızın liderlərindəndir”