- İngiltərə P.L.
- 16:24 24.10.2026
“Çelsi”nin cinah hücumçusu Morqan Rocers oyun üslubu barədə danışıb.
90deqiqe.Az xəbər verir ki, 24 yaşlı futbolçu daim hücum etməyə və rəqib qapısı qarşısında təhlükə yaratmağa çalışdığını bildirib.
“Mən həmişə yaradıcı olmağa can atıram. Daim qapıya hücum etmək və təhlükə yaratmaq istəyirəm. Hətta cəhdim uğursuz alınsa, heç nə alınmasa belə, müdafiəçilərin mənim nəsə edə biləcəyimi düşünmələrini istəyirəm”, – deyə klubun mətbuat xidməti ingiltərəli oyunçudan sitat gətirib.
Qeyd edək ki, Morqan Rocers ötən yay “Aston Villa”dan “Çelsi”yə transfer olunub. London klubu onun keçidi üçün təxminən 137 milyon avro ödəyib.
Hücumçu paytaxt təmsilçisinin heyətində keçirdiyi doqquz oyunda dörd qol vurub və dörd məhsuldar ötürmə edib.