24 oktyabr 2026. Şənbə

“Ən əsası qələbədir”


“Ən əsası qələbədir”

“Aston Villa”nın hücumçusu Nikolas Cekson İngiltərə Premyer Liqasının VIII turunda “Mançester Siti” üzərində qazandıqları qələbə barədə fikirlərini bölüşüb.

90deqiqe.Az xəbər verir ki, təcrübəli futbolçu bu barədə oyundan sonra jurnalistlərə açıqlamasında deyib.

“Bu, çox vacib qələbədir. Bu gün istədiyimizə nail olduq, bütün komanda əla mübarizə apardı və çox xoşbəxtik. Mən sadəcə komandaya fayda verməyə, qol imkanlarını dəyərləndirməyə və fərqlənməyə çalışıram. İki qol vurduğuma görə çox sevinirəm, amma ən əsası qələbədir.

Rəqibimizin nə qədər güclü komanda olduğunu bilirik. Onların heyətində dünyanın ən yaxşı futbolçularından bəziləri çıxış edir və onlara qarşı oynamaq asan deyil. Biz xarakterimizi göstərməyə və cəsarətli futbol oynamağa çalışdıq”

Qeyd edək ki, şənbə günü keçirilən qarşılaşma Birmingem təmsilçisinin 2:1 hesablı qələbəsi ilə başa çatıb. Seneqallı hücumçu görüşdə hər iki qola imza ataraq dubl edib. “Aston Villa”nın qələbəsi “Mançester Siti”nin İngiltərə çempionatında ardıcıl yeddi qələbəlik seriyasına son qoyub.







İngiltərə P.L.

“Ən əsası qələbədir”
  • İngiltərə P.L.
  • 18:19 24.10.2026
“Ən əsası qələbədir”
“O, komandamızın liderlərindəndir”
  • İngiltərə P.L.
  • 23:34 23.10.2026
“O, komandamızın liderlərindəndir”