- İngiltərə P.L.
- 21:06 24.10.2026
İngiltərə Premyer Liqasının VIII turunda “Arsenal” doğma meydanda “Everton”u 2:0 hesabı ilə məğlub edib.
90deqiqe.Az xəbər verir ki, Londondakı “Emireyts” stadionunda keçirilən qarşılaşmada hesabı 7-ci dəqiqədə açılıb. 68-ci dəqiqədə isə Qabriel Maqalyaes fərqi artıraraq “Arsenal”ın qələbəsini rəsmiləşdirib.
Bu qələbədən sonra xallarını 21-ə çatdıran “Arsenal” turnir cədvəlinin ikinci pilləsində qərarlaşıb. Eyni xala malik “Mançester Siti” əlavə göstəricilərə görə liderliyini qoruyur.
“Everton” isə 10 xalla doqquzuncu sırada yer alır.