- İngiltərə P.L.
- 21:06 24.10.2026
“Koventri”nin baş məşqçisi Frank Lempard İngiltərə Premyer Liqasının VIII turunda “Fulhem”ə doğma meydanda 0:1 hesabı ilə məğlub olduqları oyundan sonra fikirlərini bölüşüb.
90deqiqe.Az xəbər verir ki, mütəxəssis komandasının çıxışını dəyərləndirərək rəqibin fərdi ustalığının həlledici rol oynadığını bildirib.
“Qapılar qarşısında vəziyyət təxminən bərabər idi, qol imkanları isə az oldu. Yaxşı müdafiə olunurduq, rəqib müdafiəmizi yarmaqda çətinlik çəkirdi. Lakin biz də onların qapısı qarşısında ciddi təhlükə yarada bilmədik. Daha sonra qol buraxdıq. Bu, rəqibin fərdi ustalığının nəticəsi idi və buna cavab verməyə imkanımız olmadı. Oyunu təhlil edəcək və nəyi yaxşılaşdıra biləcəyimizi müəyyənləşdirəcəyik.
Rəqabət aparmağa çalışırıq, amma komandalar arasındakı sinif fərqi obyektiv reallıqdır. Elə oyunlar olub ki, nəticə bizim xeyrimizə olmayıb, elə matçlarda da uğur qazanmışıq. Qalib gəlməyə çalışırıq, bunu bacarmadıqda isə heç olmasa məğlub olmamağa çalışmalıyıq.
Vəziyyətə real yanaşmaq lazımdır. Hər həftə maksimum güclə mübarizə aparmalı, yaxşı formada olmalı və pozitiv köklənməliyik. Bu gün bunlar bizə bir qədər çatmadı. Adətən olduğumuz səviyyədən bir qədər aşağı çıxış etdik”, – deyə Lempardın sözlərini “Sky Sports” sitat gətirib.
Qeyd edək ki, “Koventri” Premyer Liqanın turnir cədvəlində altı xalla sonuncudan əvvəlki pillədə qərarlaşıb.