24 oktyabr 2026. Şənbə

“Tottenhem” London derbisində “Çelsi”ni məğlub etdi


“Tottenhem” London derbisində “Çelsi”ni məğlub etdi

İngiltərə Premyer Liqasının VIII turunda London derbisi keçirilib.

90deqiqe.Az xəbər verir ki, “Tottenhem” səfərdə “Çelsi”ni 2:0 hesabı ilə məğlub edib. “Stemford Bric” stadionunda keçirilən qarşılaşmada hesab 77-ci dəqiqədə açılıb. “Çelsi”nin qapıçısı Mayk Penders künc zərbəsi zamanı topu uğursuz uzaqlaşdıraraq avtoqola imza atıb.

80-ci dəqiqədə meydan sahiblərinin futbolçusu Koul Palmer ikinci sarı vərəqə alaraq meydandan qovulub. “Tottenhem” isə say üstünlüyündən yararlanaraq 87-ci dəqiqədə fərqi artırıb. Matias Tel komandasının ikinci qolunu vurub.

Bu qələbədən sonra “Tottenhem” xallarının sayını 9-a çatdıraraq turnir cədvəlinin 12-ci pilləsində qərarlaşıb. 13 xalı olan “Çelsi” isə dördüncü sırada yer alır.

Növbəti turda “Çelsi” oktyabrın 31-də “Mançester Yunayted”lə, “Tottenhem” isə eyni gündə “Kristal Pelas”la qarşılaşacaq.







İngiltərə P.L.

“Ən əsası qələbədir”
  • İngiltərə P.L.
  • 18:19 24.10.2026
“Ən əsası qələbədir”