25 oktyabr 2026. Bazar günü

Karrik Fernandeşin ehtiyatda qalmasının səbəbini açıqladı


Karrik Fernandeşin ehtiyatda qalmasının səbəbini açıqladı

“Mançester Yunayted”in baş məşqçisi Maykl Karrik İngiltərə Premyer Liqasının səkkizinci turunda “Bornmut”la matçda komandanın kapitanı Bruno Fernandeşi ehtiyat oyunçular skamyasında saxlamaq qərarını izah edib.

90deqiqe.Az-ın məlumatına görə, Karrik bu qərarın sırf futbol amilləri ilə bağlı olduğunu bildirib.

“Seçim imkanın olanda qərar vermək həmişə çətin olur. Bu gün komandanın gözlədiyimiz oyunu göstərməsi üçün düzgün variantı seçməliyik”, – deyə mütəxəssis matçdan əvvəl bildirib.

Fernandeşin start heyətində yer almamasının futbol səbəbləri, yoxsa başqa amillərlə əlaqəli olduğu barədə suala isə Karrik qısa cavab verib: “Yalnız futbol səbəbləri ilə bağlıdır”.

Xatırladaq ki, bundan əvvəl Fernandeş “Mançester Yunayted”in Çempionlar Liqasında “Komo”ya 1:4 hesabı ilə məğlub olmasından sonra Karrikin taktikasını tənqid etmişdi.







İngiltərə P.L.

“Ən əsası qələbədir”
  • İngiltərə P.L.
  • 18:19 24.10.2026
“Ən əsası qələbədir”