- İngiltərə P.L.
- 22:38 25.10.2026
İngiltərə Premyer Liqasının 8-ci turunda “Hall Siti” doğma meydanda “Brentford”u qəbul edib.
90deqiqe.Az-ın məlumatına görə, qarşılaşma 1:1 hesabı ilə başa çatıb.
Matçda hesabı meydan sahibləri açıb. Makberni penalti zərbəsini dəqiq yerinə yetirərək “Hall Siti”ni önə keçirib.
“Brentford” isə ikinci hissənin ortalarına yaxın hesabı bərabərləşdirib. Uttara qapıçı meydançasından dəqiq zərbə ilə fərqlənərək komandasına heç-heçə qazandırıb.
Beləliklə, komandalar hərəyə bir xalla kifayətləniblər. “Brentford”un aktivində 11, “Hall Siti”nin isə 10 xal var.
Qeyd edək ki, Premyer Liqanın turnir cədvəlinin yuxarı hissəsində rəqabət olduqca gərgindir. Altıncı və 14-cü yerlər arasında cəmi iki xal fərq var.