25 oktyabr 2026. Bazar günü

“Nyukasl” “Kristal Pelas”ı məğlub etdi


“Nyukasl” “Kristal Pelas”ı məğlub etdi

İngiltərə Premyer Liqasının növbəti turunda “Nyukasl” səfərdə “Kristal Pelas”a 2:0 hesabı ilə qalib gəlib.

90deqiqe.Az xəbər verir ki, London təmsilçisi ilk hissədə daha üstün oyun nümayiş etdirsə də, bu üstünlüyü qola çevirə bilməyib.

Fasilədən dərhal sonra “Nyukasl” fürsətdən yararlanaraq hesabı açıb. Osula komandasını önə keçirib. Qısa müddət sonra Uilkoks fərqlənsə də, qol ofsayd səbəbindən qeydə alınmayıb.

Lakin qonaqların ikinci qolu çox gözlətməyib. 58-ci dəqiqədə Barns “Nyukasl”ın üstünlüyünü iki topa çatdırıb. Hər iki qol sağ cinahdan mərkəzə ötürmələrdən sonra vurulub.

“Kristal Pelas” qalan dəqiqələrdə hesabı dəyişə bilməyib və “Nyukasl” Londondan üç xalla ayrılıb. Ardıcıl iki məğlubiyyətdən sonra qazanılan bu qələbə “sağsağanlar” üçün mühüm nəticə olub.

Hazırda 11 xalı olan “Nyukasl” turnir cədvəlinin yeddinci pilləsində qərarlaşıb. Çempionatda rəqabət sıx olduğundan altıncı və 14-cü yerlərdəki komandaları cəmi iki xal ayırır. Yeddi xala malik “Kristal Pelas” isə aşağı liqaya düşmə zonasına yaxın mövqedədir.







İngiltərə P.L.

“Yoro özünü qınamamalıdır”
  • İngiltərə P.L.
  • 22:43 25.10.2026
“Yoro özünü qınamamalıdır”