- İngiltərə P.L.
- 22:31 26.10.2026
İngiltərə Premyer Liqasında 8-ci turun ən yaxşı oyunçusu adına namizədlərin siyahısı açıqlanıb.
90deqiqe.Az xəbər verir ki, siyahıya altı futbolçu daxil edilib.
Mükafat uğrunda Qabriel dos Santos (“Arsenal”), Ronald Arauxo (“Liverpul”), Nikolas Cekson (“Aston Villa”), Oskar Bobb (“Fulhem”), Rayan (“Bornmut”) və Mateuş Fernandeş (“Tottenhem”) mübarizə aparacaqlar.
Qeyd edək ki, turun nəticələrinə əsasən, “Arsenal” xallarının sayını “Mançester Siti” ilə bərabərləşdirib. Hər iki komandanın aktivində 21 xal var. Lakin əlavə göstəricilərə görə “şəhərlilər” turnir cədvəlində liderlik edir.
İngiltərə çempionatının növbəti turu oktyabrın 31-də, şənbə günü başlayacaq.