27 oktyabr 2026. Çərşənbə axşamı

“Liverpul” və “Arsenal”ın sabiq futbolçusu it hücumuna məruz qalıb


“Liverpul” və “Arsenal”ın sabiq futbolçusu it hücumuna məruz qalıb

“Liverpul” və “Arsenal”ın keçmiş futbolçusu Cermeyn Pennant iti ilə gəzinti zamanı alman çoban iti tərəfindən hücuma məruz qalıb.

90deqiqe.Az-ın “Goal” nəşrinə istinadən məlumatına görə, hadisə nəticəsində xəstəxanaya yerləşdirilən sabiq futbolçunun yarasına 50 tikiş qoyulub.

Pennantın sözlərinə görə, sahibinin nəzarətində olmayan və qayışsız gəzən alman çoban iti qəfil onun itinə hücum edib. Heyvanları ayırmağa çalışan keçmiş futbolçu sağ baldırından dörd dəfə dişlənib və dərin yaralar alıb.

Pennant ona hücum zamanı kömək edən iti Kinq haqqında danışarkən belə deyib:

“O, həyatımı xilas etdi”.

Hadisə ilə bağlı polisə müraciət edən sabiq futbolçunun zədələnmiş baldır əzələsinin bərpası və yaraların izlərinin aradan qaldırılması üçün əməliyyata ehtiyac duyacağı ehtimal olunur.







İngiltərə P.L.

“Yoro özünü qınamamalıdır”
  • İngiltərə P.L.
  • 22:43 25.10.2026
“Yoro özünü qınamamalıdır”