- İngiltərə P.L.
- 02:22 27.10.2026
İngiltərənin paytaxtı Londonda “Qızıl top”un təqdimetmə mərasimi davam edir.
90deqiqe.Az-ın məlumatına görə, “Arsenal”ın və İngiltərə millisinin hücumameyilli yarımmüdafiəçisi Bukayo Saka humanitar fəaliyyətinə görə təqdim olunan “Sokrat” mükafatının sahibi olub. Bu mükafat futbol dünyasının humanitar fəaliyyətlə məşğul olan nümayəndələrinə verilir.
Qeyd edək ki, “Sokrat” mükafatı ilk dəfə 2022-ci ildə “Qızıl top” mərasimində təqdim olunub. Həmin vaxt mükafata Sadio Mane layiq görülüb. Sonrakı illərdə isə bu mükafatı Vinisius Junior, Cennifer Ermoso və Luis Enrikenin fondu qazanıb. İndi isə qaliblər siyahısına Bukayo Sakanın adı əlavə olunub.