29 oktyabr 2026. Cümə axşamı

“Mançester Yunayted”in hücumçusu 2027-ci ilin yanvarına qədər oynamayacaq


“Mançester Yunayted”in hücumçusu 2027-ci ilin yanvarına qədər oynamayacaq

“Mançester Yunayted”in sloveniyalı hücumçusu Benyamin Şeşko 2027-ci ilin yanvarına qədər komandasına kömək edə bilməyəcək.

90deqiqe.Az xəbər verir ki, bu barədə jurnalist Lori Uitvell məlumat yayıb.

“Benyamin Şeşko baldır nahiyəsindən aldığı zədə səbəbindən ən azı yanvar ayına qədər sıradan çıxıb”, – deyə jurnalist sosial şəbəkə hesabında yazıb.

Qeyd edək ki, Şeşko 2025-ci ilin yayında “Leypsiq”dən “Mançester Yunayted”ə transfer olunub. O, cari mövsümdə bütün rəsmi turnirlərdə altı oyunda meydana çıxıb və iki qol vurub.

“Transfermarkt” portalı 23 yaşlı hücumçunun bazar dəyərini 75 milyon avro qiymətləndirir.

Oktyabrın sonuna olan məlumata görə, “Mançester Yunayted” İngiltərə Premyer Liqasının turnir cədvəlində 17-ci pillədə qərarlaşıb.







İngiltərə P.L.

“Yoro özünü qınamamalıdır”
  • İngiltərə P.L.
  • 22:43 25.10.2026
“Yoro özünü qınamamalıdır”