30 oktyabr 2026. Cümə

“Arsenal”ın gənc futbolçusu üç matçda iştirak edə bilməyəcək


“Arsenal”ın gənc futbolçusu üç matçda iştirak edə bilməyəcək

İngiltərə Futbol Assosiasiyası (FA) “Arsenal”ın yarımmüdafiəçi Maks Doumanın diskvalifikasiyası ilə bağlı apellyasiya şikayətini rədd edib.

90deqiqe.Az xəbər verir ki, 16 yaşlı futbolçu İngiltərə Liqa Kubokunda “Flitvud Taun”la keçirilən matçın sonlarında qırmızı vərəqə alıb. Görüş 1:1 hesabı ilə başa çatıb, penaltilər seriyasında isə “Arsenal” 3:5 hesabı ilə məğlub olub.

London klubu hakim qərarını həddindən artıq sərt hesab edərək apellyasiya şikayəti verib. Lakin müstəqil tənzimləyici komissiya “Arsenal”ın müraciətini təmin etməyib.

Beləliklə, Douman İngiltərə Premyer Liqasında (APL) qarşıdakı üç oyunu — “Liverpul”, “Hall Siti” və “Nyukasl”la matçları buraxacaq.

Qeyd edək ki, gənc vinger bu mövsüm “Arsenal”ın əsas komandasında bütün turnirlər daxil olmaqla beş oyunda meydana çıxıb və iki qol vurub.







İngiltərə P.L.