30 oktyabr 2026. Cümə

Cek Qriliş intizam qaydalarını pozduğuna görə “Nyukasl”la oyunu buraxacaq


Cek Qriliş intizam qaydalarını pozduğuna görə “Nyukasl”la oyunu buraxacaq

“Everton”un yarımmüdafiəçisi Cek Qriliş İngiltərə Liqa Kubokunun 1/8 final mərhələsində “Nyukasl Yunayted”ə qarşı keçiriləcək matçda iştirak etməyəcək.

90deqiqe.Az-ın məlumatına görə, bu barədə BBC Sport məlumat yayıb. Mənbənin məlumatına görə, 31 yaşlı futbolçu intizam qaydalarını pozduğuna görə qarşılaşmanı buraxacaq.

“Everton” və “Nyukasl Yunayted” arasında görüş Liverpulda, “Hil Dikinson” stadionunda keçiriləcək. Matç Bakı vaxtı ilə saat 23:45-də başlayacaq.

Qeyd edək ki, Cek Qriliş “Mançester Siti”dən icarə əsasında “Everton”da çıxış edir. Yarımmüdafiəçi bu mövsüm komandanın heyətində bütün turnirlərdə səkkiz oyunda meydana çıxıb və məhsuldar göstəricilərlə yadda qalmayıb. Onun icarə müqaviləsi mövsümün sonuna qədər qüvvədədir.







İngiltərə P.L.