- İngiltərə P.L.
- 22:42 30.10.2026
“Liverpul”un baş məşqçisi Andoni İraola Ceymi Karragerin Mersisayd təmsilçisini “Arsenal”ın çempionluq uğrunda əsas rəqibi adlandırmasına münasibət bildirib.
90deqiqe.Az xəbər verir ki, mütəxəssis bu barədə "BBC"yə açıqlamasında danışıb.
“Hazırda hələ oktyabr ayıdır. Biz diqqətimizi qarşıdakı oyunlara yönəltmişik. Həmişə deyirəm ki, ilk əsas göstərici bütün komandalarla bir dəfə qarşılaşdıqdan sonra ortaya çıxır. Bu, təxminən mövsümün ortalarına təsadüf edəcək. Yalnız bundan sonra turnir cədvəli və digər məsələlər barədə düşünməyə başlamaq olar. İndi isə inkişaf etməli və daha yaxşı oynamağa davam etməliyik.
Azarkeşlərin komandadan nələrsə gözləməsi və qələbə qazana biləcəyimizə inanması xoşdur. Amma məndən soruşsanız, hesab edirəm ki, mövsüm hələ yeni başlayıb”, – deyə baş məşqçi bildirib.
Qeyd edək ki, İngiltərə Premyer Liqasının doqquzuncu turu çərçivəsində “Liverpul” və “Arsenal” komandaları noyabrın 1-də üz-üzə gələcəklər.