30 oktyabr 2026. Cümə

Enzo Mareska Semenyonun son durumu barədə danışıb


Enzo Mareska Semenyonun son durumu barədə danışıb

“Mançester Siti”nin baş məşqçisi Enzo Mareska zədələnən cinah hücumçusu Antuan Semenyonun səhhəti ilə bağlı məlumat verib.

90deqiqe.Az-ın məlumatına görə,  qanalı futbolçu oktyabrın ortalarında “İpsviç”lə oyunda zədələnib. Onun dekabr ayında yaşıl meydanlara qayıtması gözlənilir.

“Onun vəziyyəti yaxşıdır, əhval-ruhiyyəsi də yüksəkdir. Semenyo məşq bazasındadır, lazımi bərpa prosedurlarından və terapiyadan keçir. Lakin hələlik onun meydana qayıtması üçün tezdir”, – deyə mütəxəssisin sözlərini klubun mətbuat xidməti sitat gətirib.

Qeyd edək ki, Qana millisinin üzvü cari mövsümdə İngiltərə Premyer Liqasında yeddi oyun keçirib, iki qol vurub və üç məhsuldar ötürmə verib.







İngiltərə P.L.