- İngiltərə P.L.
- 23:36 30.10.2026
“Çelsi”nin baş məşqçisi Xabi Alonso “Mançester Yunayted”in çalışdırıcısı Maykl Kerrikin vəziyyəti barədə danışıb.
90deqiqe.Az-ın məlumatına görə, Alonso həmkarına böyük hörmət bəslədiyini bildirib.
“Mayklə böyük hörmətlə yanaşıram və məşqçi kimi onun vəziyyətini anlayıram. Onu tanıyıram, çünki bir-birimizə qarşı oynamışıq. Bu yaxınlarda veteranların matçında görüşdük və bir qədər söhbət etdik. O, ünsiyyət qurmaqdan zövq aldığım yaxşı insandır. Qalan məsələlərə gəlincə, bunları şərh etmək mənim işim deyil”, – deyə Alonso BBC-yə açıqlamasında bildirib.
İspaniyalı mütəxəssis rəqib komandanın ətrafında yaranan ajiotajın “Çelsi”nin hazırlığına təsir etmədiyini də vurğulayıb:
“Mənim üçün heç nə dəyişmir. Həmişəki kimi hazırlaşmalıyıq. Biz yalnız özümüzdən asılı olan məsələlərə nəzarət edə bilərik. Turnir cədvəlindəki mövqeyindən asılı olmayaraq, onların yaxşı komanda olduğunu bilirik. Güclü heyətləri, yaxşı futbolçuları və məşqçiləri var”.
Qeyd edək ki, son nəticələrə görə, ingiltərəli mütəxəssis təzyiq altındadır.
Əlavə edək ki, “Çelsi” ilə “Mançester Yunayted” arasında görüş oktyabrın 31-də keçiriləcək. London klubu turnir cədvəlində beşinci, Mançester təmsilçisi isə 16-cı pillədə qərarlaşıb.