31 oktyabr 2026. Şənbə

“Liverpul”un iki futbolçusunun “Arsenal”lə oyunda meydana çıxmaq şansı var


“Liverpul”un iki futbolçusunun “Arsenal”lə oyunda meydana çıxmaq şansı var

“Liverpul”un baş məşqçisi Andoni İraola “Arsenal”la matç öncəsi Dominik Soboslai və Viktor Munyosun vəziyyəti barədə danışıb.

90deqiqe.Az-ın “BBC”ə istinadən məlumatına görə, mütəxəssis hər iki futbolçunun matçda iştirak edə biləcəyini, lakin bunun hələ dəqiq olmadığını bildirib.

“Düşünürəm ki, onların oyunda iştirak etmək şansı var, amma bunu dəqiq deyə bilmərəm. Qarşıda hələ iki günümüz var. Bəli, hesab edirəm ki, onlar meydana çıxa bilərlər”

Qeyd edək ki, İngiltərə Premyer Liqasının doqquzuncu turu çərçivəsində keçiriləcək görüş noyabrın 1-də baş tutacaq.

Əlavə edək ki, Soboslai oktyabrın ortalarından budun arxa əzələsindəki problemlə üzləşib. Munyos isə dizindən zədə alıb.

Səkkiz oyundan sonra “Liverpul” turnir cədvəlinin dördüncü pilləsində qərarlaşıb. “Arsenal” isə ikinci yerdədir.







İngiltərə P.L.

“O, böyük ürəyə sahib insandır”
  • İngiltərə P.L.
  • 23:36 30.10.2026
“O, böyük ürəyə sahib insandır”