31 oktyabr 2026. Şənbə

“Çelsi” “Mançester Yunayted”i məğlub etdi


“Çelsi” “Mançester Yunayted”i məğlub etdi

İngiltərə Premyer Liqasının 2026/2027-ci illər mövsümünün 9-cu turunda “Çelsi” doğma meydanda “Mançester Yunayted”i 2:0 hesabı ilə məğlub edib.

90deqiqe.Az xəbər verir ki, Londondakı “Stemford Bric” stadionunda keçirilən qarşılaşmanı Piter Benksin başçılıq etdiyi hakimlər briqadası idarə edib.

Matçın 34-cü dəqiqəsində Mateus Kunya “Mançester Yunayted”i önə keçirsə də, VAR yoxlamasından sonra qol qeydə alınmayıb.

50-ci dəqiqədə “Çelsi”nin hücumçusu Morqan Rodcers hesabı açıb. 63-cü dəqiqədə qonaqların müdafiəçisi Lisandro Martines iki sarı vərəqə alaraq meydandan qovulub. Cəmi bir dəqiqə sonra Koul Palmer penaltini dəqiq yerinə yetirərək London təmsilçisinin üstünlüyünü artırıb.

71-ci dəqiqədə Estevaonun vurduğu üçüncü qol isə VAR müdaxiləsindən sonra ləğv edilib.

Bu nəticədən sonra “Mançester Yunayted” 9 oyundan topladığı 7 xalla turnir cədvəlinin 16-cı pilləsində qərarlaşıb. “Çelsi” isə 16 xalla dördüncü sıraya yüksəlib.







İngiltərə P.L.

“O, böyük ürəyə sahib insandır”
  • İngiltərə P.L.
  • 23:36 30.10.2026
“O, böyük ürəyə sahib insandır”