- İngiltərə P.L.
- 23:42 31.10.2026
İngiltərə Premyer Liqasının 2026/2027-ci illər mövsümünün 9-cu turunda “Mançester Siti” doğma meydanda “Brayton”a 0:1 hesabı ilə uduzub.
90deqiqe.Az-ın məlumatına görə, Mançesterdəki “Etihad” stadionunda keçirilən qarşılaşmanı Kreyq Pousonun başçılıq etdiyi hakimlər briqadası idarə edib.
Matçın taleyini 11-ci dəqiqədə vurulan qol həll edib. “Brayton”un yarımmüdafiəçisi Yasin Ayari fərqlənərək komandasına qələbə qazandırıb.
Bu nəticədən sonra “Mançester Siti” 9 oyundan topladığı 21 xalla turnir cədvəlinin birinci pilləsində qərarlaşıb. “Arsenal” da 21 xala malikdir, lakin ehtiyatda bir oyunu var və ikinci sırada yer alır. “Brayton” isə 19 xalla üçüncü pillədədir.
Qeyd edək ki, növbəti turda “Mançester Siti” noyabrın 7-də səfərdə “Nottingem Forest”lə qarşılaşacaq. “Brayton” isə noyabrın 8-də doğma meydanda “Brentford”u qəbul edəcək.