- İngiltərə P.L.
- 23:42 31.10.2026
“Mançester Yunayted”in uğursuz çıxışı davam edir. İngiltərə klubu “Çelsi”yə məğlub olmaqla bütün turnirlər nəzərə alınmaqla qələbəsiz oyunlar seriyasını 9 matça çatdırıb.
90deqiqe.Az xəbər verir ki, İngiltərə klubu “Çelsi”yə məğlub olmaqla bütün turnirlər nəzərə alınmaqla qələbəsiz oyunlar seriyasını 9 matça çatdırıb. “Qırmızı şeytanlar” 1988-ci ildən bəri ilk dəfə bu qədər uzun müddət qələbə qazana bilmir.
Həmin dövr Aleks Ferqyusonun “Mançester Yunayted”dəki ilk mövsümlərinə təsadüf edib. Mütəxəssisin komandada fəaliyyətinin başlanğıcı da kifayət qədər çətin keçib.
Bununla yanaşı, o illərdə Heysel stadionunda baş vermiş faciədən sonra İngiltərə klublarının beş il müddətinə avrokuboklardan kənarlaşdırılması ölkə futboluna da ciddi təsir göstərmişdi.
Qeyd edək ki, “Mançester Yunayted” sonuncu dəfə 2013-cü ildə İngiltərə çempionu olub.