1 noyabr 2026. Bazar günü

“Qarşısını ala biləcəyimiz sadə qollar buraxırıq”


“Qarşısını ala biləcəyimiz sadə qollar buraxırıq”

“Mançester Siti”nin baş məşqçisi Enzo Mareska “Brayton”a məğlubiyyətdən sonra jurnalistlərin suallarını cavablandırıb. 

90deqiqe.Az-ın “Sky Sports”a istinadən məlumatına görə, mütəxəssis komandasının xal qazanmaq üçün kifayət qədər qol imkanları yaratdığını, lakin bunlardan yararlana bilmədiyini bildirib.

“Xal qazanmağa ümid etmək üçün kifayət qədər imkan yaratdıq, amma qol vura bilmədik. Ən azı bir xal qazanmağa layiq olmaq üçün yetərincə iş gördük. Bəzən səhvlər olur. Təəssüf ki, hazırda futbolçularımız belə səhvlərə yol verirlər. Vəziyyəti təhlil etməli və nəyi daha yaxşı edə biləcəyimizi müəyyənləşdirməliyik. Qarşısını ala biləcəyimiz sadə qollar buraxırıq”

Baş məşqçi məğlubiyyətdən narazı olduqlarını da vurğulayıb:

“Əlbəttə, narazıyıq. Məğlubiyyətdən sonra heç kim razı qala bilməz. Bütün oyunlarda qalib gələ bilməyəcəyimizi bilirdik. Belə dövrlər olur. Buna görə də mümkün qədər tez irəli baxmalıyıq”.

Qeyd edək ki,  İngiltərə Premyer Liqasının 9-cu turu çərçivəsində keçirilən görüş “şəhərlilər”in 0:1 hesablı məğlubiyyəti ilə başa çatıb. “Mançester Siti” 21 xalla turnir cədvəlinə başçılıq edir. Lakin “Arsenal”ın “Liverpul”la matçından sonra “şəhərlilər” liderliyi itirə bilərlər.







İngiltərə P.L.

“O, böyük ürəyə sahib insandır”
  • İngiltərə P.L.
  • 23:36 30.10.2026
“O, böyük ürəyə sahib insandır”