1 noyabr 2026. Bazar günü

“Fulhem” səfərdə “Aston Villa” ilə heç-heçə edib


“Fulhem” səfərdə “Aston Villa” ilə heç-heçə edib

İngiltərə Premyer Liqasının doqquzuncu turunda “Aston Villa” və “Fulhem” komandaları arasında keçirilən görüş heç-heçə ilə başa çatıb. 

90deqiqe.Az-ın məlumatına görə, qarşılaşmada tərəflər hərəyə bir qol vurublar – 1:1.Meydan sahibləri hesabı daha əvvəl açmaq imkanı əldə etsələr də, penaltidən yararlana bilməyiblər.

16-cı dəqiqədə Con Makqinn 11 metrlik cərimə zərbəsini dəqiq yerinə yetirə bilməyib. Buna baxmayaraq, Birmingem təmsilçisi hücumlarını davam etdirib və fasiləyə az qalmış hesabı açıb. 39-cu dəqiqədə Nikolas Cekson “Fulhem”in qapısına yol tapıb.

İkinci hissədə qonaqlar hesabı bərabərləşdiriblər. 64-cü dəqiqədə Dzion Suzuki topu öz qapısına göndərib və “Aston Villa”nın üstünlüyü əldən çıxıb.

Qarşılaşmanın qalan dəqiqələrində hesab dəyişməyib və komandalar xalları bölüşüblər.







İngiltərə P.L.

“O, böyük ürəyə sahib insandır”
  • İngiltərə P.L.
  • 23:36 30.10.2026
“O, böyük ürəyə sahib insandır”