- İngiltərə P.L.
- 19:26 01.11.2026
“Mançester Yunayted”in sabiq baş məşqçisi Ule-Qunnar Solskyaer yenidən “qırmızı şeytanlar”a rəhbərlik etmək fürsətini dəyərləndirə biləcəyini deyib.
90deqiqe.Az xəbər verir ki, norveçli çalışdırıcı bu barədə "TV2"yə açıqlamasında danışıb:
“Əgər Maykl [Karrik] 10 il uğurla işlədikdən sonra ayrılmaq qərarına gəlsə və klub məndən komandanı iki ay müddətinə çalışdırmağımı istəsə, əlbəttə, bundan imtina etmərəm. Mən bu kluba 18-19 ilimi vermişəm, o, ailəmin bir hissəsinə çevrilib. Amma hazırda bu barədə düşünmürəm”.
Qeyd edək ki, Hazırda işsiz olan 53 yaşlı mütəxəssis doğma şəhəri Kristiansundda yaşayır.“Mançester Yunayted” İngiltərə Premyer Liqasının doqquz turundan sonra turnir cədvəlinin 17-ci pilləsində qərarlaşıb. Komanda növbəti matçını noyabrın 8-də doğma meydanda “Aston Villa”ya qarşı keçirəcək.