- İngiltərə P.L.
- 19:26 01.11.2026
“Liverpul”un baş məşqçisi Andoni İraola komandasının İngiltərənin son çempionu “Arsenal”ı ilə qarşıdakı matçı barədə fikirlərini bölüşüb.
90deqiqe.Az-ın məlumatına görə, təcrübəli çalışdırıcı klubun mətbuat xidmətinə açıqlamasında bildirib.
“Bu matça müsbət əhval-ruhiyyə ilə hazırlaşırıq. Elə ilk gündən bunun vacib oyun olduğunu demişdim. Bütün gücümüzü ortaya qoymalıyıq, çünki “Arsenal”ın nəyə qadir olduğunu bilirik və onların ambisiyalarının hazırda bizim hədəflərimizdən heç də fərqlənmədiyini anlayırıq”
Qeyd edək ki, İngiltərə Premyer Liqasının doqquzuncu turu çərçivəsində keçiriləcək qarşılaşma noyabrın 1-də Bakı vaxtı ilə saat 21:30-da “Enfild” stadionunda baş tutacaq. Əvvəlki turda “Liverpul” “Brayton”u 2:0, “Arsenal” isə eyni hesabla “Everton”u məğlub edib.