1 noyabr 2026. Bazar günü

“Arsenal” “Liverpul”u “Enfild”də məğlub edib


“Arsenal” “Liverpul”u “Enfild”də məğlub edib

İngiltərə Premyer Liqasının 2026/2027 mövsümünün 9-cu turunda “Arsenal” səfərdə “Liverpul”a 1:0 hesabı ilə qalib gəlib.

90deqiqe.Az-ın məlumatına görə, Liverpul şəhərindəki “Enfild” stadionunda keçirilən görüşü Endryu Medlinin rəhbərlik etdiyi hakimlər briqadası idarə edib.

Matçın taleyini 16-cı dəqiqədə Kay Havertsin vurduğu yeganə qol həll edib.

Doqquz oyundan 15 xal toplayan “Liverpul” turnir cədvəlinin beşinci pilləsində qərarlaşıb. 24 xalı olan “Arsenal” isə liderliyini davam etdirir.

Növbəti turda Mersisayd təmsilçisi noyabrın 8-də səfərdə “Kristal Pelas”la qarşılaşacaq. London klubu isə noyabrın 7-də “Hall Siti”ni qəbul edəcək.







İngiltərə P.L.

“Bütün gücümüzü ortaya qoymalıyıq”
  • İngiltərə P.L.
  • 19:26 01.11.2026
“Bütün gücümüzü ortaya qoymalıyıq”
“Bu klubda hər şey xoşuma gəlir”
  • İngiltərə P.L.
  • 16:05 01.11.2026
“Bu klubda hər şey xoşuma gəlir”