- İngiltərə P.L.
- 21:44 02.11.2026
“Mançester Yunayted”in baş məşqçisi Maykl Karrik müdafiəçi Lisandro Martines ətrafında yaranmış vəziyyətə münasibət bildirib.
90deqiqe.Az "Football Italia"ya istinadən xəbər verir ki, o, futbolçunun komandaya bağlılığına və fədakarlığına şübhə etmədiyini vurğulayıb.
“Onun işinə bağlılığına qətiyyən şübhəm yoxdur. Futbolda hər şey baş verə bilər: bəzən səhvlərə yol verirsən, bəzən isə hər şey uğurlu alınır. Amma onun fədakarlığı ilə bağlı heç bir problem yoxdur”.
Ötən ilin oktyabrında Martines Mançester klubunun rəhbərliyini bir sıra məsələlərdə tənqid edib. Bundan sonra futbolçunun komandadan ayrılmaq ehtimalı ilə bağlı məlumatlar yayılıb.
Qeyd edək ki, argentinalı müdafiəçi “Çelsi” ilə matçda qırmızı vərəqə aldıqdan sonra kəskin tənqidlərə məruz qalıb. Noyabrın 3-də “Mançester Yunayted” UEFA Çempionlar Liqasının ümumi mərhələsinin dördüncü turunda “Roma” ilə qarşılaşacaq.